© Global Look Press

Az.shafaqna.com “newsgeorgia”-ya istinadən xəbər verir ki, Gürcüstanın qərbində 3,1 bal gücündə zəlzələ baş verib.

Bu barədə Gürcüstan Milli Seysmik Monitorinq Mərkəzi məlumat verib.

Yeraltı təkanlar 07:44-də rayon mərkəzi Oninin yaxınlığında (Raça-Leçxumi və Kvemo-Svaneti regionu), Badjixevi kəndindən 5 km uzaqlıqda qeydə alınıb

Zəlzələnin ocağı 14 km dərinlikdə yerləşib. Dağıntınlar barədə məlumat daxil olmayıb.

Xatırladaq ki, Gürcüstanda sonuncu dəfə zəlzələ 28 avqustda baş vermişdi. O zaman ölkənin şimal-şərqində Mtsxeta-Mtianeti regionunda 3,1 ballıq yeraltı təkan qeydə alınmışdı.