
Az.shafaqna.com “Marca”-ya istinadən xəbər verir ki, son zamanlar “Barselona”-nı tərk etmək istədiyinə dəfələrlə işarə edən Lionel Messi daha bir il klubda qala bilər.
Bu, “Barselona” prezidenti Jozep Bartomeunun sarsılmaz mövqeyi ilə bağlıdır; o, komanda üçün sərfəli olmayan şərtlər əsasında güzəştə getməkdən və oyunçunu buraxmaqdan imtina edir.
Buna görə də Messi müqavilənin ləğvinə yalnız məhkəmə ilə nail ola bilər. Bu variantdan isə idmançının xoşunun gəlmədiyi iddia edilir.
2021-ci ilin yayında Messinin müqaviləsinin müddəti bitir, bundan sonra o, azad agent ola bilər.






























