
Az.shafaqna.com Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyədə yeni növ koronavirus (Covid-19) pandemiyası ilə bağlı risklərin aradan qaldırılması məqsədilə daha iki günlük sərtləşdirilmiş karantin rejimi tətbiq olunacaq.
Qərara əsasən, ali məktəblərə qəbul imtahanı keçirilən günlər – iyunun 27-də yerli vaxtla saat 09.30-dan 15.00-dək, ertəsi gün isə saat 09.30-dan 18.30-dək evdən çıxmağa məhdudiyyət elan olunub.
Qeyd edək ki, bundan əvvəlki sərtləşdirilmiş karantin rejimi liseylərə qəbul imtahanı keçirilən gün – iyunun 20-də yerli vaxtla saat 9.00-dan 15.00-dək tətbiq olunmuşdu.






























