Taksi layihəsilə bağlı açıqlaması qalmaqal yaradan BNA rəsmisi cəzalandırılıb

59
0
Az.shafaqna.com xəbər verir ki, sosial media və cəmiyyətdə ciddi narahatlığa səbəb olan taksi haqqında layihə təklifi və BNA rəsmisi Hikmət Babayev haqqında Bakı Nəqliyyat Agentliyi açıqlama yayıb.
Açıqlamada qeyd edilir ki, BNA tərəfindən hazırlanan taksi fəaliyyətinin tənzimlənməsinə dair layihə təklif xarakterli olub və bu sahədə fəaliyyətin təkmilləşdirilməsi məqsədini güdür.
“Layihənin həyata keçirilməsi nəticəsində, sərnişin təhlükəsizliyinin, sağlamlığının və rahatlığının daha yüksək səviyyədə təmin edilməsi, eyni zamanda, taksi sürücülərinin əmək şəraitlərinin yaxşılaşdırılması, sosial rifahının və gəlirlərinin artması, taksi fəaliyyətinə peşə kimi münasibətin formalaşdırılması, dempinqin üzərində qurulmuş rəqabətin keyfiyyət üzərində qurulmuş rəqabət ilə əvəzlənməsi, şəffaflığın təmin edilməsi, dövlət nəzarətinin gücləndirilməsi kimi məsələlərin həlli nəzərdə tutulur. Bununla da Nazirlər Kabinetinin 73 saylı qərarla müəyyən edilən tələblərinin icrası təmin ediləcəkdir.”, -deyə BNA bildirir.
Bakı Nəqliyyat Agentliyi qeyd edir ki,  son günlər bazar iştirakçıları və vətəndaşlar tərəfindən layihə ilə bağlı çoxsaylı müraciətlər daxil olub və təkliflər irəli sürülüb.
“Bildiririk ki, Bakı Nəqliyyat Agentliyi daxil olan rəy və təkliflər də nəzərə alınmaqla layihənin üzərində yenidən iş aparılmasını qərara alıb.
Bakı Nəqliyyət Agentliyi şöbə müdiri Hikmət Babayev tərəfindən verilən açıqlamanın onun şəxsi fikri olduğunu, qurumun mövqeyini əks etdirmədiyini bildirir və onunla bağlı müvafiq inzibati tədbirlərin həyata keçirildiyini bəyan edirik.”, -deyə açıqlamada vurğulanır.