Photo by Steve Johnson from Pexels

Az.shafaqna.com “Ridus” portalına istinadən xəbər verir ki, həkim-diyetoloq Anjelika Düval plastik butulkadan su içməməyi məsləhət görüb.

“İl ərzində rəflərdə qalan durğun su gün şüalarının təsirinə məruz qalır və plastik qabda olur. Belə su çox zaman elə də münasib və sağlamlaşdırıcı effektə sahib olmur”, – deyə o bildirib.

Diyetoloq bunun əvəzinə axar olan filtr edilmiş suyu içməyi məsləhət görüb.

Düval hər insanın gündə 2 litr su içməli olması fikrini də köhnəlmiş hesab etdiyini deyib. Onun sözlərinə görə, gündəlik su həcmini fərdi olaraq hesablamaq lazımdır – çəkinin hər kiloqramı üçün 30 milllitr. Üstəlik, suyu tədricən içmək lazımdır – bir dəfəyə bir stəkandan çox olmamaq şərti ilə.

Qocalma – suyun bədəndən xaric olmasıdır. Hər bir halda birbaşa əlaqə var. Əgər insan kifayət qədər su içmirsə və ya həmin suyun keyfiyyəti pisdirsə, bu, onun dərisində özünü əks etdirəcək: vaxtından əvvəl qırışlar, solğunluqlar əmələ gələcək”, – deyə o qed edib.

O həmçinin əlavə edib ki, qəhvə, çay, şirə və ya ilk xörək keyfiyyətli su mənbəyi deyil. O deyib ki, orqanizm istənilən daxil olan mayedən su mənimsəmə qabiliyyətindədir, lakin həmin maye nə qədər təmiz olsa, bu prosesə bir o qədər az enerji sərf ediləcək.