Az.shafaqna.com “Sputnik Georgia”-a istinadən xəbər verir ki, Gürcüstan DİN Kriminal Polisi İdarəsinin (KPİ) Kibercinayətlər Şöbəsi Gürcüstan Səhiyyə Nazirliyinin kompüter sisteminə icazəsiz giriş faktı ilə bağlı araşdırma başladıb.

Gürcüstan Cinayət Məcəlləsinin 284-cü maddəsi ilə istintaq aparılır.

Hücumun cari ilin 1 sentyabr tarixində həyata keçirildiyi qeyd edilir.

Bildirilir ki, sistemə edilmiş hücum nəticəsində əldə edilən bəzi sənədlər xarici saytlardan birinə yüklənib və kütləvi istifadəyə açıqdır. Bundan başqa, ictimaiyyəti qorxutmaq məqsədi ilə canilər tərəfindən yaradılmış saxta məlumatlar da həqiqi məlumatların arasına yerləşdirilib.

Hazırda əldə edilmiş dəlillərə əsasən, kiberhücum xarici xidmət orqanlarının biri tərəfindən həyata keçirilib.