Az.shafaqna.com “İnterfaks”-a istinadən xəbər verir ki, Rusiyanın Rostov-na-Donu şəhərində təcili tibbi yardım feldşerinin formasını geyinib zombi qrimi edərək insanları qorxudan şəxsin axtarışı aparılır.

Bu barədə DİN-dən məlumat verilib.

Həmin şəxsin hərəkətləri, həmçinin videonu çəkən operatorun fəaliyyətinə hüquqi qiymət veriləcək.

Həmçinin zarafat üçün təcili tibbi yardım maşınından istifadə və maşının sayrışan işıqlarının və sirenasının qoşulu olması faktı da nəzərə alınacaq.

Xatırladaq ki, sözügedən video 1 sentyabrda internetdə peyda olub. Bloger bildirib ki, ürək tutmasından dünyasını dəyişən anasının ölümündən sonra belə bir video çəkmək qərarına gəlib.