
Az.shafaqna.com xəbər verir ki, “Forbes” jurnalı dünyanın ən çox qazanan məşhurlarının reytinqini dərc edib.
TOP-10-a 5 idmançı daxil olub.
106,3 milyon dollar gəlirlə 3-cü yeri isveçrəli tennisçi Rocer Freder tutub.
“Yuventus”-un portuqaliyalı hücumçusu Kriştiano Ronaldo 4-cü yerdədir – 105 milyon dollar.
“Barselona”-nın argentinalı hücumçusu Lionel Messi 104 milyon dollar gəlirlə 5-ci yerdə qərarlaşıb.
“Pari Sen-Jermen”-in braziliyalı hücumçusu Neymar (95,5 milyon dollar) və ABŞ-lı basketbolçu Lebron Ceyms (88,2 milyon dollar) isə, müvafiq olaraq, 7 və 9-cu yerdədirlər.





























