
Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, Gürcüstan Baş naziri Giorqi Qaxariya bildirib ki, “Gürcüstandan İşlə” proqramı gözlənildiyindən yaxşı nəticə verib.
Qaxariya hökumətin iclasında Mili Turizm Agentliyinə (MTA) sözügedən proqrama xüsusi diqqət ayırmağı tapşırıb.
“Gürcüstandan İşlə” MTA-nın təşəbbüsü olub, bir çoxumuz ona şübhə ilə yanaşırdıq. Onun mahiyyəti budur ki, Gürcüstanın virusu idarə etmə nöqteyi-nəzərindən ən uğurlu ölkələrdən biri olduğunu nəzərə alaraq, biz 95 ölkə sakininə 180 gün ərzində öz xidməti öhdəliklərini Gürcüstandan icra etməyi təklif etdik və nəticə gözlədiyimizdən də yaxşı oldu. Bizə artıq fərqli ölkələrdən 200-dən çox sorğu daxil olub, Amerikadan tutmuş, Sinqapuradək”, – deyə Qaxariya qeyd edib.






























