
Az.shafaqna.com “Mehr News”-ə istinadən xəbər verir ki, İran prezidenti Həsən Ruhani bəyan edib ki, ABŞ digərlərini təhdid etməklə və təbliğatla İrana qarşı məqsədlərinə nail ola bilməyəcək.
“ABŞ-ın sentyabrın sonunda İrana qarşı bütün sanksiyaları bərpa edəcəklərinə dair bəyanatı uğur əldə etməyəcək”, – deyə o bildirib.
Onun sözlərinə görə, Vaşinqtonun bəyanatları mənasız və əsassızdır, çünki ABŞ 2018-ci ildə nüvə sazişindən çıxmaqla özünü hər hansı bir hüquqdan məhrum edib.
Ruhani qeyd edib ki, hökumət belə bir şeyin qarşısını almaq üçün öz gücündən istifadə edəcək, məxsusən də xarici diplomatiya vasitəsi ilə.
Xatırladaq ki, ABŞ İrana qarşı sanksiyaların bərpasını istəyir. Lakin BMT TŞ ABŞ-ın bu təklifini rədd edib.
Nüvə sazişinin tərəfləri təsdiq ediblər ki, ABŞ sazişdən birtərəfli şəkildə çıxıb və bu səbəbdən də ABŞ iştirakçı-dövlət hesab edilə bilməz.
Ruhani əlavə edib ki, “ABŞ bizi iqtisadi məğlub etmək və bizi onların nalayiq istehzalarına təslim olmağa məcbur etmək istəyirdi; lakin koronavirus səbəbi ilə bizim iqtisadi əlaqələr və ticarətimizdə müvəqqəti maneələrə baxmayaraq, İranın Mərkəzi Bankı insanların ilkin zərurət malları ilə təmin etmək üçün 14,5 milyard dollar ayırıb”.
O deyib ki, pandemiya dünyanın iri iqtisadiyyatlarının 20%-dək azalmasına səbəb olsa da, İran iqtisadiyyatı cəmi 3% azalıb.
Həmçinin Ruhani öz çıxışında Məhərrəm tədbirləri zamanı koronavirusla bağlı sağlamlıq protokollarına əməl etdikləri üçün insanlara təşəkkürünü bildirib.






























