PUBG

Az.shafaqna.com RT-a istinadən xəbər verir ki, Hindistanın Elektronika və İnformasiya Texnologiyaları Nazirliyi Çində hazırlanmış 118 mobil əlavənin ölkə ərazisində istifadəsini qadağan edib.

Qeyd edilir ki, müvafiq addım dövlət təhlükəsizliyi səbəbi ilə atılıb.

Nazirlik bildirir ki, qara siyahıya düşmüş proqramlar “Hindistanın suverenlik və ərazi bütövlüyünə, həmçinin dövlətin təhlükəsizlik və ictimai nizamına ziyan vuran fəaliyyətlə bağlıdır”.

Məlumata görə, bu cür proqramlardan biri də “PUBG Mobile”-dir.