Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, Türkiyə yaxın zamanda Rusiyanın koronavirus əleyhinə vaksininin sınaqlarına icazə verə bilər.

Bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Koca məlumat verib.

Biz Rusiyanın hazırladığı vaksinin sınaqlarına dair sorğu almışıq. Yaxın zamanda, düşünürəm ki, buna icazə veriləcək. Bundan başqa, hazırda ölkədə 2 yerli vaksinin sınaqları keçirilir”, – deyə o bildirib.

Nazir əlavə edib ki, Türkiyədə bu cür sınaqlar yalnız könüllülər üzərində keçirilir.

Xatırladaq ki, Rusiya dünyada ilk COVID-19 əleyhinə peyvəndi hazırlayıb. Dərmana “Sputnik V” adı verilib.