
Az.shafaqna.com BBC-a istinadən xəbər verir ki, Hindistanın Baş naziri Narendra Modinin şəxsi “Twitter” hesabı sındırılıb.
Hakerlər 2,5 milyon izləyicisi olan hesaba giriş əldə edbilər, bir neçə “tvit” ataraq izləyicilərdən Milli Yardım Fonduna kriptovalyuta ilə ianə etməyi xahiş ediblər.
“Twitter” hesabın mühafizəsi üçün addımlar atacağına və baş verən hadisəni araşdıracağına dair söz verib.
Bununla belə, insident Baş nazir Modininin 61 milyondan çox izləyicisinin olduğu rəsmi “Twitter” hesabına təsir etməyib.






























