Ayətullah Sistaninin dəftərxanası Beyrut partlayışı ilə bağlı yardımın 3-cü mərhələsinə start verdi

126
0

Az.shafaqna.com xəbər verir ki, böyük mərcəi təqlid müctehidi Ayətullah Seyid Sistaninin dəftərxanası tərəfindən Livanda Beyrut Limanı bölgəsində baş vermiş partlayışdan sonrakı ziyanları araşdırmaq üçün gələn heyət işinə davam edir.

Beyrut Limanı yaxınlığında əl-Qarantina bölgəsindən sonra Saqaq əl Bələt bölgəsinə də yardım etməyə başlayıb.

Üçüncü yardım kampaniyası da “Alulbeyt” humanitar yardım fondu tərəfindən həyata keçirilməklə ziyan dəymiş insanlara veriləcəkdir.

Ayətullah Seyid Sistaninin dəftərxanasının məsulları evlərə dəyən ziyanı hesabladıqdan sonra bəzi kasıb ailələrin evlərinə də baş çəkiblər.