
Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, Mestia rayonunda karantin rejimi ləğv edilib, bir neçə həftəlik fasilədən sonra sentyabrdan Nataxtari-Mestia-Nataxtari istiqamətindəki müntəzəm aviareyslər bərpa edilir.
Bu ay Mestiaya, çərşənbə axşamı və bazar günləri istisna olmaqla, həftədə 5 dəfə uçuş həyata keçiriləcək.
Xatırladaq ki, Nataxtaridən Mestiaya uçuşlar Svanetidə koronavirusun yayılması ilə mübarizə istiqamətində atılmış addımlar çərçivəsində müvəqqəti olaraq dayandırılmışdı. 2 sentyabrdan Mestia və Lenceridəki karantin tədbirləri ləğv edilib, bu gündən isə uçuşlar bərpa edilib.
Bir tərəfli uçuş biletinin qiyməti böyüklər üçün 90 laridir (50 AZN) . 3-12 yaşlı uşaqlara 30% endirim edilib. 3 yaşadək olan uşaqlar üçün isə uçuş pulsuzdur.






























