
Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, Türkiyədə koronavirus pandemiyası 1-ci dalğanın 2-ci pikinə çatıb.
Bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Koca məlumat verib.
Nazir bəyan edib ki, Ankara, İstanbul, İzmir, Bursa və bir sıra digər şərq əyalətləri yüksək risk sırasında qalmağa davam edir.
“Pandemiya davam edir, yoluxma sayı hər gün artır. Biz 1-ci dalğanın 2-ci pikini yaşayırıq”, – deyə Koca bildirib.
Onun sözlərinə görə, ötən gün Türkiyədə 1596 yoluxma qeydə alınıb və bu, 15 iyundan bəri ən böyük sutkalıq artımdır.






























