
Az.shafaqna.com “The Guardian”-a istinadən xəbər verir ki, Böyük Britaniya sahillərinə sutka ərzində rekord sayda miqrant gəlib.
Ötən gün kiçik qayıqlarda azı 409 miqrant krallıq sahillərinə çatıb. Yüzlərlə miqrant suda tutulub, digərləri isə sahilə enə biliblər.
Əvvəlki rekord cari ilin 6 avqustunda olmuşdu: 235 nəfər. Ümumilikdə bu il Böyük Britaniyaya dəniz vasitəsi ilə 5600 miqrant gəlib.






























