
Az.shafaqna.com xəbər verir ki, Gürcüstanda daha 20 nəfərdə koronavirus təsbit edilib, 9 nəfər isə sağalıb.
Bu haqda məlumatı hökümətin koronavirusla bağlı xəbərləri açıqladığı stopcov.ge saytı yayıb.
Məlumata görə, bu günə qədər Gürcüstanda koronavirusa yoluxanların sayı 1568-ə çatıb, onlardan 1279 xəstə sağalıb, 19 xəstə ölüb. Karantin rejimində 6185 nəfər var, 215 nəfər həkim nəzarətindədir.






























