Getty Images/Reuters

Az.shafaqna.com “Fox News”-ə istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp hesab edir ki, demokratların prezidentliyə namizədi Cozef Bayden seçkiqabağı debatlardan öncə dopinq testindən keçməlidir.

Trampın fikrincə, Bayden stimullaşdırıcı preparatlar qəbul edə bilər.

O qeyd edib ki, özü də analoji yoxlamadan keçməyə hazırdır.

Xatırladaq ki, Tramp daha öncə dəfələrlə bildirib ki, Baydenin onun bərabər səviyyədə müzakirə apara bilməyəcəyindən əmindir.