Az.shafaqna.com “newsgeorgia”-ya istinadən xəbər verir ki, Tbilisi meri Kaxa Kaladze müvafiq qurumlara sərnişinlərin koronavirus dövrü ilə bağlı məsləhətlərə əməl edilməsinə daha sərt nəzarət etməyi tapşırıb.

Sərnişinlər ictimai nəqliyyatda mütləq şəkildə maskada olmalıdırlar.

Bu gün ölkədə 38 yeni yoluxma qeydə alınıb. Buna görə də mən müvafiq qurumlara ictimai nəqliyyatda məsləhətlərə əməl edilməsinə maksimum nəzarət etməyi tapşırmaq istəyirəm”, – deyə Kaladze bildirib.

O həmçinin qeyd edib ki, meriya binası və digər qurumlarda da maskadan istifadə etmək lazımdır. O, meriya əməkdaşları arasında mümkün qədər sosial məsafə rejiminin saxlanılmasına dair də göstəriş verib.

Qeyd edək ki, bu gün Gürcüstan Baş naziri Giorqi Qaxariya da ictimai nəqliyyat və ticarət mərkəzlərində koronavirusun qarşısının alınması üzrə nəzarəti sərtləşdirməyə dair çağırış edib.

Xatırladaq ki, bu gün Gürcüstanda rekord yoluxma halı baş verib – sutka ərzində 38 nəfər. Sonuncu dəfə bu cür yüksək göstərici 17 apreldə qeydə alınıb – 34 yoluxma halı.