Azərbaycanda polis və sərnişin qəzada öldü

Şəmkir rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı İ.Adilzadə bu gecə saat 2 radələrində idarə etdiyi “Priora” markalı avtomobillə hərəkətdə olarkən Aşağı Seyfəli kəndi ərazisində idarəetməni itirərək avtomobili aşırıb.

Bu barədə Daxili İşlər Nazirliyindən “Az.shafaqna.com”-a bildirilib.

Nəticədə özü və sərnişini A.İbadullayev hadisə yerində ölüblər.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

Bu məqaləni paylaş