
Shafaqna Xəbər Agentliyinin Baş Direktoru Əbəlfəzl Fatih bu ilki Aşura ilə bağlı bəzi təəssüratlarını qələmə alıb.
“بسم الله الرحمن الرحیم
اَلسَّلامُ عَلَى الْحُسَیْنِ وَ عَلى عَلِىِّ بْنِ الْحُسَیْنِ وَ عَلى اَوْلادِ الْحُسَیْنِ وَ عَلى اَصْحابِ الْحُسَیْنِ
Bağışlayan və Mehriban Allahın adı ilə.
Salam olsun Hüseynə (ə),
Salam olsun Əli oğlu Hüseynə(ə),
Salam olsun Hüseynin (ə) övladlarına,
Salam olsun Hüseynin (ə) əshabına…
Məhərrəm ayından öncə yaşanan bütün narahatlıqlara baxmayaraq Aşuradan sonra bu ilin Məhərrəm ayında dünya miqyasında Hüseyn (ə) kəlməsinin əvvəlkinə görə daha çox ucaldığının şahidi olduq. Əvvəlki illərə nisbətən İmam Hüseyn (ə) qiyamının ilahi, mənəvi, əxlaqi, insani, siyasi və sosial sahələrinə yönəldik.
Komunikasiya baxımından Aşura həmasəti və ondan əvvəl və sonra baş verən hadisələr elə bir geniş və mediatik güclə bənzərsiz qalıcılıqla təqdim olundu.
Məhərrəm ayından öncə bu il təşkil olunan matəm proqramları haqqında narahatlıqlar anlaşılan idi, amma matəmlərin şəklindəki dəyişikliklərin İmam Hüseynin (ə) mesajının əhatə dairəsində və qəlblərin hərarətində bir təsirinin olmayacağı dəqiq idi.1381 il öncə Kərbəladan çıxan bu mesaj, Yezidin bütün istibdadına və Əhlibeyt düşmənlərinin istəklərinə baxmayaraq Kərbəla çölündə dəfn edilmədi, indi də bir virusa görə yox olan deyildi. Çünki Kərbəlanın mesajının mahiyyəti yox olacaq və unudulacaq mesajlardan deyildir. Aşuranın mesajının mahiyyəti əbədi səmavi mesajlardan olub Allah üçün və Allaha doğru hərəkət edən mesaj növlərindəndir.
Bu koronavirusun yaratdığı pandemiya şərtlərinə görə, təqlid mərcələrinin tövsiyələri və səhiyyə protokollarının gərəyi matəmlər məkan baxımından daha çox evlər və açıq məkanlarda qeyd edildi. Media sahəsində isə daha çox televizya və sosial şəbəkələr üzərindən daha geniş icra olundu. Bütün məhrumiyyətlərə baxmayaraq bir çox bərəkətləri də var idi. Hüseyniyələr məhdud qatılımlarda şəkil baxımından inanılmaz bir düzən və dərslilik ölçüsü qazandı; virtual aləmdə düzənin yanında tutum da artırıldı, beləcə daha çox keyfiyyətə yetişdi. Televiziya da çox yaxşı proqramlar təqdim edə bildi. Ev proqramları da kütləvilik qazandı və “Hər ev bir Hüseyniyə” şüarı reallaşdı.
Amma bu ilin əsl səsi virtual aləmdən duyuldu; virtual aləm bu il həqiqətən Aşura rənqinə büründü və olduqca güclü və təsirli dalğalar yaratdı. Bu aləmin inanılmaz tutumları Hüseyni qiyamın tərəfdarlarından təşkil olan böyük və beynəlxalq bir şəbəkə təsis etdi və kəmiyyət baxımından böyük bir irəliləyiş əldə etmişdir.
Beynəlxalq platformda da əvvəlkinə nisbətdə daha çox Hüseyn (ə) duyuldu və təkrarlandı. Bir çox mühtəva oluşduruldu, saysız səhifələr yaradıldı və milyonlarla hesab İmam Hüseynin (ə) adı və yad edilməsilə bəzədildi. Yüksək sayda istifadəçinin olduğu qruplar quruldu və Aşura mesajı yaxşı bir şəkildə ardıcıllıq qorunmaqla çatdırıldı.
Bu halların hamısı İran, İraq, Azərbaycan, Türkiyə, Pakistan, Əfqanıstan, Livan, Küveyt, Avropa, Amerika Birləşmiş Ştatları və Uzaq Şərqdə müşahidə edildi.
Virtual aləmdə qurulan bu böyük kəmiyyət ilə bir çox ölkədə bütün həmsöhbətlər istədikləri proqramlara qoşularaq Məhərrəm matəmlərindən və Hüseyni (ə) qiyamının bərəkətlərindən ən yaxşı formada istifadə etməyə müvəffəq oldu.
İmam Hüseynin (ə) pak mesajını düzgün çatdırsaq ölümsüzlüyümüzə və insanlığın qurtuluşuna zəmin yaradacağıq.
Shafaqna Xəbər Agentliyinin Baş Direktoru
Dr. Əbəlfəzl Fatih, London, 1 sentyabr, 2020″
























