Az.shafaqna.com “Independent”-ə istinadən xəbər verir ki, Şotlandiyada keçirilən “Scottish National Texel Sale” hərracında dünyanın ən bahalı qoçu satılıb.

Teksel cinsindən olan “Double Diamond” (İkiqat brilyant) ləqəbli qoyunun başlanğıc qiyməti 10,5 min funt sterlinq (təxminən 14 min dollar) olub.

Hərracın sonunda isə heyvan 367,5 min funt sterlinqə (təxminən 490,6 min dollara) satılıb.

Əvvəlki rekord da Şotlandiyada qırılmışdı. 2009-cu ildə satılmış qoyun 231 min funt sterlinqə (təxminən 306,7 min dollara) satılmışdı.

Böyük Britaniyada teksel cinsindən olan qoçları ilk növbədə keyfiyyətli ətinə görə çoxaldırlar.