
Az.shafaqna.com TASS-a istinadən xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin Çinin hərbi qüdrəti ilə bağlı növbəti illik məruzəsində deyilir ki, Çin 3 hərbi sahədə ABŞ-ı geridə qoyub.
Söhbət gəmiqayırma, qurudan atılan ballistik raket və qanadlı raket istehsalından, həmçinin hava hücumundan müdafiə (HHM) vasitələrinin inteqrasiyasından gedir.
Sənəddə bildirilir ki, ötən 20 il ərzində Çin öz ordusunu bütün aspektlərdə gücləndirmək üçün resurslar, texnologiya və siyasi iradəsini səfərbər edib.
“Həqiqətdə, məruzənin də təsdiq etdiyi ki, Çin müəyyən sahələrdə ABŞ-dan irəlidədir”, – deyə qeyd edilir.
Həmçinin Rusiyanın S-400 və S-300 sistemlərini alanlar da “dünyanın ən güclüləri” siyahısına əlavə edilib.






























