
Az.shafaqna.com “Arqumentı i Faktı”-ya istinadən xəbər verir ki, həkim və teleaparıcı Tatyana Şapovalenko angioma adlandırılan qırmızı xalların yetkin insanların yarısında olduğunu deyib.
Bunlar, qan damarlarındakı dəyişikliklərə görə yaranan xoşxassəli törəmələrdir.
Şapovalenko bildirib ki, onlar təhlükəli olmasa da, müəyyən qədər angiomaların bədxassəli şişə çevrilmə riski var.
“Buna görə də angiomalar olduqda Günəşin altında qaralmamaq və onları gün işığından paltarla örtmək lazımdır”, – deyə həkim qeyd edib.
Onun sözlərinə görə, əgər qırmızı xal öz ölçü və ya rəngini dəyişibsə, həkimə müraciət etmək lazımdır.





























