Copyright: Reuters/Ibraheem Abu Mustafa

Az.shafaqna.com AA-ya istinadən xəbər verir ki, Fələstinin HƏMAS hərəkatı Qəzza sektorunun blokadasını yumşaldıması və buranın sakinlərinin həyat tərzinin yaxşılaşdırılması üçün İsrailə 2 ay vaxt verdiyini elan edib.

Bu barədə HƏMAS-ın siyasi bürosunun üzvü Xəlil Həyye bildirib.

HƏMAS və İsrail arasında Qəzza ilə bağlı əldə edilən son atəşkəs rejimini şərh edən Həyye qeyd edib ki, “Qətərin vasitəçiliyi ilə əldə edilmiş saziş şərtləri yerinə yetirilməsə, fələstinlilər bütün mümkün yollarla” İsrailə təzyiq göstərməyə hazırdır.

Onun sözlərinə görə, İsrailin güzəştsiz mövqeyinə görə Misirin sülh danışıqlarındakı vasitəçilik cəhdləri nəticəsiz olub.

Əvvəlki məqaləİslamofob Fransa jurnalı yenidən Məhəmməd peyğəmbərin (s) karikaturalarını dərc edəcək
Növbəti məqalədəQırmızı xalların təhlükəsi açıqlandı