
Az.shafaqna.com rus mediasına istinadən xəbər verir ki, Fransada dərc edilən islamofob jurnal “Charlie Hebdo” İslam peyğəmbəri həzrəti Məhəmmədin (s) karikaturalarını yenidən dərc edəcəyini açıqlayıb.
Jurnala 12 karikatura yerləşdiriləcək.
Jurnalın yeni nəşri bu gün satışa çıxarılacaq.
Xatırladaq ki, adıçəkilən jurnalın 2015-ci ildə sözügedən karikaturaları dərc etməsi dünya müsəlmanlarının kəskin etirazlarına səbəb olmuşdu. 7 yanvar tarixində isə jurnalın Parisdəki redaksiyasına silahlı hücum edilir və nəşriyyatın 10 əməkdaşı öldürülür.
2015-ci ilin iyul ayında jurnalın baş redaktoru Loran Surisso bildirmişdi ki, jurnal daha bu cür karikaturalar dərc etməyəcək.






























