
Az.shafaqna.com “Nord Sud Jorunal”-a istinadən xəbər verir ki, Mali həkimləri hərbi çevriliş zamanı devrilmiş prezidenti İbrahim Bubakara Keytaya insul diaqnozu qoyublar.
Keyta paytaxt Bamakodakı özəl xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti stabildir, lakin müalicənin davamı üçün onu xaricə aparmaq lazım gələ bilər.
Bildirilir ki, Keytanın sabiq iqtisadi müşaviri İbrahim Bokara Banın ölüm xəbəri onu sarsıdıb.
Eks-prezident hərbçilər tərəfindən mühafizə edilir. Onun hazırda özünü “daha yaxşı hiss etdiyi” deyilir.
Xatırladaq ki, 18 avqustda Mali paytaxtı Bamakonun yaxınlığındakı hərbi bazasa qiyam baş verib. Qiyamçılar prezident İbrahim Bubakara Keyta və Baş naziri Bubu Sisseni həbs ediblər. Daha sonra prezidenti parlament və hökuməti buraxdığını elan edib. Hərbçilər ölkədə siyasi dəyişikliklərin baş verməsi üçün ümumxalq seçkilərinə dair çağırış ediblər. Keçid dövrü zamanı Maliyə müvəqqəti prezident təyin ediləcək. Qiyamçılar bir müddət sonra prezidenti azad ediblər.




























