Reuters

Az.shafaqna.com “VOD News”-ə istinadən xəbər verir ki, Qırmızı kxmerlərin liderlərindən biri Kanq Kek İeu 77 yaşında ölüb.

O, insanlığa qarşı cinayətlərdə ittiham olunurdu.

İeunun azı 15 min insanın ölümündə əlinin olduğu qeyd edilir.

Ona qarşı Cenevrə konvensiyasının pozulması, qəsdən törədilən qətllər və işgəncə ittihamları irəli sürülüb.

O, ömürlük həbs cəzasını çəkən zaman ölüb.

Xatırladaq ki, Qırmızı kxmerlər 1975-ci ildə Kambocada hakimiyyəti ələ keçiriblər. Hökmranlıqları dövründə ölkədə 2 milyona yaxın insan siyasi repressiyaların qurbanı olub.