© SPUTNIK / ALEXANDER IMEDASHVILI

Az.shafaqna.com Gürcüstan mediasına istinadən xəbər verir ki, Batumi bulvarında hər kəsin pulsuz COVID-19 testindən keçə biləcəyi 3-cü çadır quraşdırılacaq.

Bu qərarı Acarıstan Muxtar Respublikasının Səhiyyə Nazirliyi qəbul edib.

Ötən gün təkcə bir çadırda 200-dən çox insan testdən keçib və bu, növbələrin yaranmasına səbəb olub.

Çadırlarda 16:00-dan sonra test vermək olar. Testin cavabı isə 24 saat ərzində açıqlanır.

Yeni çadırın açılması da nəzərə alınsa, Acarıstanda 4 pulsuz test vermə çadırı fəaliyyət göstərəcək – Batumidə 3, Kobuletidə 1 çadır.