Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, Venesuela prezidenti Nikolas Maduro bildirib ki, ABŞ prezidenti Donald Tramp onun qətlinə razılıq verib, hazırda bu işi görə biləcək snayperlərin axtarışı gedir.

Mən ən kobud aqressiyanın qurbanı olmuşam. ABŞ hökuməti… mənim başım üçün 15 milyon dollar təklif edib. Donald Tramp qətlimə razılıq verib, mən şişirtmirəm. Onlar məni öldürmək üçün snayper dəstəsi göndərməyə və ya Venesuelada snayperlər tutmağa çalışırlar”, – deyə Maduro qeyd edib.

O əlavə edib ki, məlum qərar Tramp tərəfindən verilib.