fancycrave1 / Pixabay

Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, mütəxəssislər keyfiyyətli bal seçmək və onu düzgün saxlamağın yolları barədə danışıblar.

Bu barədə Rusiyanın keyfiyyətə nəzarət təşkilatı “Roskaçestvo” məlumat yayıb.

Hər bir bal sortunun öz rəng çaları var: çiçək balında – açıq-sarı, cökə balında – kəhrəba rəngli, qarabaşaq balında – qəhvəyi. Fərqli çalarlar da mümkündür, lakin xalis bal hər zaman şəffafdır”, – deyə bildirilib.

Üstəlik qeyd edilir ki, təbii bal maye halda olduğu kimi, kristallaşmış ola bilər (bu, balı faydalı xüsusiyyətlərindən məhrum etməyən təbii prosesdir).

Saxta balı laboratoriyada müəyyən etmək olar, lakin kobud saxtalığı müştəri özü də aşkar edəbilər. Bunun üçün bir qaşıq bala bir damcı yod əlavə etmək lazımdır. Əgər bal göyərsə, deməli, qatılaşması üçün ona nişasta (kraxmal) əlavə ediblər.

“Roskaçestvo” həmçinin xəbərdarlıq edir ki, əgər satıcılar keçən ilki balı yeni kimi göstərmək üçün onu əridirlərsə, məhsulun xeyirli xüsusiyyətləri itir və onda kanserogen – oksimetilfurfurol əmələ gəlir.

Balı saxlamaq üçün ən ideal şərait – 20 dərəcədən artıq olmayan qaranlıq sərin yerdir. Məsləhət görülən saxlama müddəti – kip bağlanmış qabda 1 il, germetik qabda 2 ildir.