
Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, Böyük Britaniya hökuməti koronavirusun səbəb olduğu özünütəcrid dövründə evdən işləyə bilməyəcək yoxsul sakinlərə 130 funt sterlinq (təxminən 170 dollar) ödəyəcək.
Hazırda krallıqda istənilən COVID-19 simptomu aşkar edilmiş hər kəs testdən keçməli və 10-14 gün müddətinə özünü təcrid etməlidir.
“Bu gün biz yeni proqramımıza start veririk – özünütəcridə görə ödəniş edəcəyik. Biz koronavirusun yüksək yayıldığı bölgələrdə özünü təcrid etməli az gəlirli insanları dəstəkləmək istəyirik”, – deyə Birləşmiş Krallığın səhiyyə naziri Met Henkok bildirib.
Qeyd edilir ki, həmçinin yoluxmuş şəxsin ailə üzvlərinə də ödənişlər ediləcək. Onlara isə 182 funt sterlinq (təxminən 240 dollar) məbləğində vəsait veriləcək.






























