Gürcüstanda koronavirus: 38 yoluxma, 17 sağalma

106
0

Az.shafaqna.com xəbər verir ki, Gürcüstanda daha 38 nəfərdə koronavirus təsbit edilib, 17 nəfər isə sağalıb.

Bu haqda məlumatı hökümətin koronavirusla bağlı xəbərləri açıqladığı stopcov.ge saytı yayıb.

Məlumata görə, bu günə qədər Gürcüstanda koronavirusa yoluxanların sayı  1548-a çatıb, onlardan 1270 xəstə sağalıb, 19 xəstə ölüb.  Karantin rejimində 6059 nəfər var, 239 nəfər həkim nəzarətindədir.