Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, Gürcüstan müdafiə naziri İrakli Qaribaşvili NATO Quru Qoşunlarının komandanı general-leytenant Rocer Klutye ilə görüşüb.

Gürcüstan Müdafiə Nazirliyinin məlumatına görə, tərəflər NATO-Gürcüstan əməkdaşlığı məsələlərini müzakirə ediblər.

Qaribaşvili müdafiə sahəsində keçirilən islahatlar barədə danışaraq qeyd edib ki, onlar NATO məsləhət və prosedurları ilə tam uyğundur.

Tərəflər həmçinin digər məsələləri də müzakirə ediblər.

Müdafiə naziri ilə görüşdən öncə isə Klutye Gürcüstan Müdafiə Qüvvələrinin komandanı general-mayor Giorqi Matiaşvili ilə görüşüb.

Klutye Gürcüstan səfəri zamanı “Layiqli həmkar 2020” çoxmillətli təlimlərdə də iştirak edəcək.