Az.shafaqna.com “TOLOnews”-ə istinadən xəbər verir ki, Əfqanıstanın Tahar əyalətində ölkə Hərbi Hava Qüvvələrinə aid vertolyot qəzaya uğrayıb.

Qeyd edilir ki, hadisə nəticəsində heç kəs xəsarət almayıb.

Məlumata görə, hərbçiləri daşıyan vertolyot texniki problemlə görə qəza enişi etməli olub.