
Az.shafaqna.com “Daily Mail”-ə istinadən xəbər verir ki, Böyük Britaniyada məktəblilər üçün yeni davranış qaydaları tətbiq edilib: qəsdən öskürmək və koronavirusla bağlı zarafatlar qadağan edilib.
Nəşriyyat qeyri-adi yeniliklər olan bir neçə təhsil müəssisəsini nümunə göstərib. Belə ki, məsələn, Qastinq məktəbində artıq “qəsdən və pis niyyətlə” öskürmək və asqırmaq, pandemiya barədə gülməli fikir bildirmək və məqsədyönlü şəkildə başqa insanla təmasda olmaq qadağan edilib.
London məktəblərindən birində isə “zarafatlar öskürməyə” görə məktəb çıxarılmaq olar.
Bundan başqa, şagirdlər tualetə getməklə bağlı yeni qaydalara öyrəşməlidirlər. Derbi şəhərində hər bir sinif üçün ayrı tualetin ayrıldığı məktəb var. “Özgələrinin” tualetinə germək ciddi xəta hesab ediləcək.






























