Ukraynalı qadın Bakıda kəlmeyi-şəhadət deyərək islam dinini qəbul edib.

“Az.shafaqna.com” xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

“Məşədi Dadaş” məscidinin imam-cüməsi, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənli İslam dinini qəbul etmək istəyən xanıma rus dilində kəlmeyi-şəhadəti izah edib. Xanım daha sonra din xadiminin köməyi ilə sözləri təkrarlayıb.

Ukraynalı qadının müsəlman olması sosial şəbəkə istifadəçilərinin marağına səbəb olub.

İslamı qəbul edən xanımın bundan öncə xristian dininə mənsub olduğu bildirilir.

Əvvəlki məqaləBakıda küçəyə Xarıbülbül adı veriləcək
Növbəti məqalədəAzərbaycanda bank işçilərinin sayı artmaqda davam edir