
Az.shafaqna.com “MedikForum”-a istinadən xəbər verir ki, onkoloq, cərrah İvan Karasev 95% halda xərçəngin əmələ gəlməsinin səbəbini açıqlayıb.
Onun sözlərinə görə, orqanizmdə bədxassəli törəmələr çox vaxt iltihabi prosesə görə yaranır.
“Şişlərin 95%-i xərçəngöncəsi xəstəliklərdən inkişaf edir. Hüceyrələrin bir-birinən üstünə qat-qat yığıldığı zaman xroniki iltihab var. Daha sonra hüceyrə xətası baş verir və şiş əmələ gəlir”, – deyə o bildirib.





























