Getty Images/Reuters

Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, ABŞ Demokrat Partiyasından prezidentliyə namizədliyini irəli sürmüş Cozef Bayden öz rəqibi və Ağ Evin hazırkı başçısı Donald Trampı Rusiya rəhbərliyi ilə manasibətdə “itaətkar” mövqe tutmaqda ittiham edib.

Siz yəgin Rusiya qüvvələrinin Suriyada ABŞ əsgərlərinə hücumu, əsgərlərimizi yaralaması xəbərlərini eşitmişsiniz. Siz Trampdan heç bir söz belə eşitdiniz? O, heç barmağını qaldırdı? Əvvəl heç vaxt ABŞ prezidentlərindən heç kim Rusiya liderləri ilə münasibətdə bu cür itaətkar rolda çıxış etməyib. Bu təkcə təhlükəli deyil, həm də alçaldıcıdır”, – deyə Bayden bildirib.

Həmçinin o, Tramp rusiyalı həmkarı Vladimir Putin ilə danışıqlarda Rusiya hərbi kəşfiyyatının “Taliban” terrorçularına Əfqanıstanda ABŞ hərbçilərinə hücuma görə mükafat təklif etməsi iddiaları mövzusuna toxunmamaqda da ittiham edib.