
Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, əgər Böyük Vətən mühüharibəsində şəhərlər döyüşsüz təslim edilsə idi, bu, SSRİ və Rusiya xalqlarının tam məhvinə səbəb olardı.
“Əgər biz sadəcə, bəziləriin düşündüyü kimi, şəhərlərimizi, yaşayış məntəqələrimizi döyüşsüz təslim edərək, guya döyüşçülərimizin həyatlarını xilas etsə idik, o zaman nəticədə biz bu müharibəni uduzardırq”, – deyə o bildirib.
Putin deyib ki, bu cür gedişat keçmiş Sovet İttifaqı və hazırkı Rusiya Federasiyasının, demək olar ki, bütün xalqlarının tam məhvinə gətirib çıxarardı.
“Bizim və sizin əcdadlarımızın əldə etdiyi Qələbənin dəyəri və əhəmiyyəti də elə budur”, – deyə o əlavə edib.






























