2020-ci ildə Rusiya əhalisi bu qədər azalacaq – RƏSMİ

113
0

Az.shafaqna.com RBK-a istinadən xəbər verir ki, Rusiya əhalisinin sayı 2020-ci ildə 158 min nəfər azalacaq. Bu, son 14 ildəki maksimum göstərici olacaq.

Bu barədə Rusiya hökuməti məlumat verib.

Bildirilir ki, Rusiya yalnız 2022-ci ildə əhali artımının müsbət dinamikasına çıxa biləcək.

Xatırladaq ki, 2021-ci il aprel ayında Rusiyada əhalinin siyahıyaalınması hayata keçiriləcək. İlkin olaraq bu proses 2020-də baş tutmalı olsa da, koronavirus pandemiyasına görə vaxtı dəyişdirilib.