Az.shafaqna.com “Nature Climate Change” jurnalına istinadən xəbər verir ki, Böyük Britaniya və Danimarka alimləri buzlaqların kəskin əriməsi nəticəsində dəniz səviyyəsinin kritik həddə artdığını və vəziyyətin mümkün ssenarilərin ən pisi üzrə inkişaf etdiyini bəyan ediblər.

Araşdırmaçıların sözlərinə görə, yüzilliyin sonu üçün Dünyada dəniz səviyyəsinin 17 sm artacağı gözlənilir və bu, sahildə yerləşən şəhərlərdəki fırtına tezliyini təxminən 2 dəfə artıracaq. Bu, 16 milyon insanın yaşadığı regionları tam su altında qalma təhlükəsi ilə üz-üzə qoyacaq.

Bu prosesə töhfəsini ilk növbədə Qrenlandiyadakı buzlaqların əriməsi verir, Antarktik buzlar isə bir az yavaş əriyir.

Hazırda dəniz səviyyəsinin illik artımı 4 mm-lik göstəricidədir.