
Az.shafaqna.com AA-ya istinadən xəbər verir ki, Türkiyə təhlükəsizlik qüvvələri İŞİD terror təşkilatının başçılarından birini tutub.
Bu barədə Türkiyə daxili işlər naziri Süleyman Soylu məlumat verib.
“İŞİD terror təşkilatının “Türkiyədəki əmiri” Mahmut Özden həbs edilib”, – deyə qeyd edib.
Onun sözlərinə görə, terrorçunun üzərində aparılmış axtarış zamanı təxribat fəaliyyətinin planı tapılıb.






























