hitesh choudhary/Pexels

Az.shafaqna.com “Russia Today”-a istinadən xəbər verir ki, “Superjob” iş axtarma servisinin vitse-prezidenti Yelena Nikiforova ən perspektivli təhsil istiqamətləri barədə danışıb.

Bu istiqamətdə aparılmış müxtəlif araşdırmalar birmənalı şəkildə deyir ki, texniki, biotexniki və IT istiqamətləri həm indi, həm də uzunvədəli perspektivdə daha çox tələb olunandır”, – deyə o bildirib.

Həmçinin, ekspertin fikrincə, insantəmayüllü sahələr – insanlarla kommunikasiyaya aid olan hər bir şey, məsələn, təhsil, xidmət sahələri, psixologiya, tibb də perspektivli sahələr hesab edilir.

Perspektivsiz” istiqamətlərin olduğunu deməkdən elə də xoşum gəlmir, çünki hər sahə lazımi və əhəmiyyətlidir, hər bir mütəxəssis isə əmək bazarının dəyərli vahididir. Məna burasındadır ki, hazırda bir şeyi öyrənmək effektli deyil, çünki bütün peşələr müxtəlif ixtisasların calağında yaşayacaq. Bu, bütün proseslərin avtomatlaşdırma və robotlaşdırılması ilə bağlıdır”, – deyə Nikiforova qeyd edib.