Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, 1 sentyabrdan Gürcüstanda 18 yaşadək uşaqlar üçün nəzərdə tutulmuş birdəfəlik maliyyə yardımının hesaba köçürülməsi başlayır.

Qeyd edək ki, xüsusi portalda artıq 800 mindən çox uşaq qeydiyyatdan keçirilib.

Məlum yardım barədə qərarı Baş nazir Giorqi Qaxariya koronavirus pandemiyasının səbəb olduğu iqtisadi böhran şəraitində əhaliyə maddi yardım məqsədi ilə qəbul edib. Hər bir uşaq üçün nəzərdə tutulmuş 200 lari (65 dollar) məbləğindəki pul yardımını valideynlər və ya onların rəsmi təmsilçiləri ala bilər.

Sözügedən müavinətin əldə edilməsi üçün qeydiyyat 15 avqustdan başlayıb və dekabradək davam edəcək. Bu yardımı almaq üçün cari ilin 1 dekabrınadək daxmareba.moh.gov.ge elektron portalında qeydiyyatdan keçmək lazımdır.

Əgər fiziki şəxs elektron portalda qeydiyyatdan keçə bilməsə, o, Sosial Xidmət Agentliyi, regional inkişaf nazirliyi şöbələrinə və infrastrukturlara və ya yerli özünüidarəetməyə müraciət etməlidir. Həmçinin Ədliyyə Evləri, ictimai mərkəzlər və “Liberty Bank”-ın filiallarına da müraciət etmək olar.

Qeydiyyatla bağlı müvafiq təlimatlar həmçinin Səhiyyə Nazirliyinin saytında da əlçatandır: moh.gov.ge.

Həmçinin oxu: