
Az.shafaqna.com xəbər verir ki, Gürcüstanda daha 23 nəfərdə koronavirus təsbit edilib, 3 nəfər isə sağalıb.
Bu haqda məlumatı hökümətin koronavirusla bağlı xəbərləri açıqladığı stopcov.ge saytı yayıb.
Məlumata görə, bu günə qədər Gürcüstanda koronavirusa yoluxanların sayı 1510-a çatıb, onlardan 1243 xəstə sağalıb, 19 xəstə ölüb. Karantin rejimində 5828 nəfər var, 232 nəfər həkim nəzarətindədir.






























