
Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, “Layiqli həmkar 2020” çoxmillətli təlimlər aktiv hazırlıq mərhələsindədir.
Gürcüstan Müdafiə Nazirliyinin məlumatına görə, ABŞ-ın 2-ci süvari polkunun hərbçiləri hərbi polisin 18-ci briqadasının şəxsi heyəti ilə birlikdə təlimlərdə iştirak üçün artıq Gürcüstana gəliblər.
Məlumata görə, Gürcüstan hərbçiləri ilə birlikdə NATO-ya üzv 4 ölkənin hərbçiləri də iştirak edəcək: ABŞ, Böyük Britaniya, Fransa və Polşad. Onlar təlimlərin rəsmi açılışınadək mərhələli şəkildə Gürcüstana gələcəklər.
Təlimlər rəsmi şəkildə 7 sentyabrda başlayacaq və orada 2700-dən çox hərbçi iştirak edəcək.
Qeyd edək ki, “Layiqli həmkar” artıq 5-ci dəfədir Gürcüstanda keçirilir.






























