
Az.shafaqna.com “Gazeta”-ya istinadən xəbər verir ki, Fransa prokurorluğu Fransa ordusunun polkovnikinin Rusiya xüsusi xidmət orqanlarına gizli məlumatlar ötürməsindən şübhələnərək onun əlaqələri ilə bağlı araşdırma başladıb.
Bunu Fransa silahlı qüvvələr naziri Florans Parli bildirib.
“Təsdiq edə bilərəm ki, yüksəkvəzifəli zabitin barəsində (məlumatların) ötürülüməsi və ya təhlükəsizliyə ziyanın vurulması ilə bağlı məhkəmə yoxlaması başlayıb”, – deyə o qeyd edib.
Onun sözlərinə görə, mümkün casusluq barədə məlumatları ordu özü prokurorluğa ötürüb.
Şübhəlinin adı hazırda açıqlaanmır. O, həbs edilərək Paris həbsxanalarından birinə yerləşdirilib.






























