
Az.shafaqna.com İraq mediasına istinadən xəbər verir ki, İraq Kürdüstan muxtariyyətinin nümayəndə heyəti ölkənin növbəti 3 illik büdcəsinə dair qanunlayihəsi ilə bağlı iclaslarında iştirak etmək üçün Bağdada gəlib.
Kürd nümayəndə heyətinin tərkibinə muxtariyyətin maliyyə və planlaşdırma nazirliklərinin rəsmiləri daxildir. Onlar İraq Maliyyə Nazirliyinin dəvəti ilə Bağdada gəliblər.
Qanunlayihəsinin hazırlanması üzə komitənin bu gün toplanacağı gözlənilir. Məlum məsələ ilə bağlı iclas isə ayın sonunadək davam edəcək.






























